Əslən Zərdabdan olan 30 yaşlı şəxs Bakıda qəza qurbanı oldu – FOTOLAR

0
2033
mehemmedeli-zerdab.png

Noyabrın 13-nə keçən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Zerdab.com saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən “Səhram Market”in qarşısında qeydə alınıb.

Belə ki, Vüsal Şirinov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1993-cü il təvəllüdlü Məhəmmədəli Həsənzadəni vurub. Ağır xəsarətlər alan şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, M. Həsənzadə əslən Zərdab rayonunun Salahlı kəndindəndir.

Allah rəhmət eləsin.