Bir vaxtlar Zərdab ərazisi olmuş kənd başqa rayona necə verilib? – TARİX

0
3354
zerdab-rayonu-zerdabcom-zerdab-mollakend-zerdab-yolu.png

“1935-ci ildə Zərdab rayonu təşkil edildikdən sonra rayonun inzibati ərazisi daxilində, 1936-cı ilin dövlət aktına əsasən ona təhkim olunmuş torpaq sahəsindən istifadə etməklə, Xalac kəndi Bağırov adına kolxoz kimi fəaliyyət göstərməyə başlayıb. Bu kənd o zaman ərazisinə görə rayonun ən böyük kolxozlarından biri olub”. Bunu Zerdab.com saytına müsahibəsində aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənov bildirib.

Onun sözlərinə görə, sonrakı illərdə Zərdab və Ucar rayonlarının inzibati ərazisində dəyişiklik aparılan zaman Ucar rayonu ilə qonşu olan Xalac (Yuxarı Xalac) Ucar rayonunun ərazisinə daxil edilib: “Həmin tarixi sənədə baxdıqda, tarixi yaddaşlara vardıqda yaşlı insanların el arasında “Yuxarı Xalac” adlanan həmin kəndin ikinci bir “Komsomol Xalacı” adlanan yaşayış məntəqəsinin də 1936-cı ildə ayrıca kolxoz təsərrüfatı kimi Zərdab rayonu ərazisində fəaliyyət göstərdiyi məlum olur. Zaman kəsiyində  Türk-Oğuz elinin bir nəslindən, kökündən olan bu elatın nümayəndələri Xalac kəndi (Aşağı Xalac) sakinləri tədricən köçərək Yuxarı Xalac kəndində birləşmiş, hər iki kəndin bir qisim ailələri isə sonradan Göyçaya köçüblər. Beləliklə, “Komsomol Xalacı” adlı kənd ləğv edilib. Bütün bunlara baxmayaraq, istər Ucar, istərsə də, Göyçay rayonunda yaşayan hər bir Xalaclı özünü Zərdablı hesab edirlər”.

Zerdab.com