Buğda satmaq istəyən zərdablı fermerlərə şad xəbər

0
45

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. Fövqəladə Hallar Nazirliyindən www.zerdab.com saytına verilən məlumata görə, cari ilin iyul ayının 6-dan sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbuluna başlayır:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):
buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):
buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) – bütün
bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq – 3-cü sinif
buğda üçün – 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik
-3-cü sinif buğda üçün – 40-45% hüdudlarında

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün – yol verilmir

X. Digər əlamətlər–bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir

Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir.

Əlaqə telefonları və qəbul məntəqəsinin ünvanı:

“Aveta” MMC:
Kürdəmir şəhəri, Bakı pospekti 6, Tel.: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03