Çox sevdiyiniz bir adam qəlbinizə toxunur. Üstündən nə qədər keçsə də, bu incikliyi unuda bilmirsiniz. Get-gedə bu hadisə sizin həyatınızda silinməz izlər buraxmağa başlayır. Belə vaxtlarda həyatda tək sizin bu vəziyyətdə olmadığınızı düşünün. Dünyada xoş niyyətli adamların da bilmədən bir-birilərini incitdiklərini xatırlayın.
Bağışlamağın böyüklük əlaməti olduğunu bilsək də, bəzən bunu unuduruq. Əslində bu, bir az da ağ paltara düşən qara ləkəyə bənzəyir. Beləcə bu incikliklər, bu umu-küsülər bizi addım-addım izləməyə başlayır. Ancaq bu məsələdə “bəxti gətirənlər” də var. Ən azı ona görə ki, onlar unutmağı bacarırlar. Onların qəlbində zərrə qədər də kin yoxdur. Onların kədər dolu keçmişləri yeni doğan bir günlə yox olub gedir.
Bəs bu “bəladan” necə xilas olmaq olar? Amerikalı psixoloq Levis Semmedes məşhur kitabında insanlara “Bağışlayın və unudun”, – deyə səslənir və unutmalı olduqlarımızın əslində unuda bilmədiklərimiz olduğunu bildirir.
Ümumiyyətlə bağışlamaq mərhəmət hissindən irəli gəlir. Bu hissin mahiyyətini anladıqca bağışlamaq da asanlaşır. Qəlbimizdə baş qaldıran “qəddarlıqdan” da əsər-əlamət qalmır. Onun yerinə isə qəlbimizə “Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin” sirri hakim olur. Deməli, bağışlanmaq istəyirsənsə, bağışlamalısan. Qəlbində nə kin qalmalıdır, nə nifrət. Bütün inciklikləri unutmalısan. Bütün umu-küsüləri bir kənara qoymalısan. Və həyatında yeni bir səhifə açmalısan. Ağappaq, tərtəmiz bir səhifə!.
“Ailəm”
——**********—————–************————-************————-******
Bugünkü gənclikdən şikayət etsək də...
Keçmişdən günümüzə gəncliyin problemləri dəfələrlə gündəmə gətirildi, qəzetlər, jurnallar, hətta kitablar bu mövzunu işıqlandırmağa çalışdı. Ancaq bu yazıların bəzisində əsasən şikayətlərə, suçlamalara yer verildi və heç kəs bu məsələnin kökünü araşdırmağın vacibliyinin fərqinə varmadı. Onu da qeyd etmək lazımdır ki, xəstə xəstəliyi ilə bağlı həkimə gedirsə, həkimin əsas işi xəstəni müayinə edib, xəstəliyin kökünü araşdırmaq olmalıdır. Ümumiyyətlə, bir problemi həll etmək üçün, ilk növbədə, həmin problemin yaranma səbəblərini araşdırmaq, sonra isə məsələni kökündən həll etmək lazımdır.
Gəncliyimizin əxlaqlı, vətənpərvər yetişməsi, bir sözlə, bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən bir fərd kimi formalaşması üçün, ilk növbədə, ailə, bağça, məktəb və kütləvi informasiya vasitələri bu sahədə birgə çalışmalıdırlar. Əgər buna nail ola bilsək, müsbət nəticə əldə etmək olar.
Bir anlıq düşünək: küçələri dolduran min cür çirkinliklər qarşısında ailə uşağa nə vermiş və ya nə qədər sahib çıxmışdır? Məktəblər ictimai və tarixi vəzifələrini nə qədər yerinə yetirə bilmişdir? Kütləvi informasiya vasitələri fərdin əxlaq və tərbiyəsinin inkişafı istiqamətində hansı addımları atmışdır?
Sarı mətbuat var. Bir müddət sonra onun yerinə xarici seriallar evlərimizə “qonaq gəldi”. Ata, ana, qoca, cavan (sanki ailəvi izləmək çox vacib imiş kimi) serial saatlarında öz yerini alırdı. Təbii ki, atanın yeri mentalitetimizə uyğun olaraq, baş tərəfdə qorunurdu.
Yeri gəlmişkən, seriallarda diqqətimi çəkən bir səhnəni (“təəssüf ki”, çox serial izləmək imkanım olmadığı üçün ancaq bir səhnəni örnək verə bilirəm) sizlərlə paylaşmaq istəyirəm:
… Hər kəs səhər yeməyi üçün süfrə ətrafındadır (təbii ki, baba və nənə də daxil olmaqla). Hamıdan sonra gözünü ovxalaya-ovxalaya evin gəlini gəlir (Axı evin qulluqçusu var!). Gəlinin də əynində “Hicran” tamaşasında Dadaşbalanın dediyi kimi, ancaq əynidir. Evin kiçik qızının əlində “Barbi” gəlinciyi var. Gəlincik də “mini yubkası” ilə diqqəti cəlb edir. İndi sizdən soruşuram, biz bu səhnədən hansı nümunəni götürə bilərik?
Düzdür, bu gün xarici seriallardan canımız qurtarsa da, yerli seriallarda da vəziyyət o qədər ürəkaçan deyil. Evin içində hündürdaban ayaqqabı ilə gəzən ana, internet “bəlasına” düçar olan ata və s… Bu saydıqlarımın hansı bizə xasdır, hansı bizim mentalitetimizə uyğundur. İndi biz bunlardan necə nümunə götürək, uşaqlarımız necə əxlaqlı yetişsin, ailəmiz necə mükəmməl olsun?..
Bütün bu saydıqlarımı nəzərə almadan gənclik haqqında hökm vermək və ya üstəlik, gəncliyi qınamaq ən azı insafsızlıq olar. Təbii ki, həyatda hər şey ziddi ilə qiymətlidir. Məsələn, soyuq olmasa, istinin qiyməti olmaz; pis olmasa, yaxşı dəyər qazanmaz; yalan olmasa, doğru qiymətə minməz. Bununla yanaşı, hər hansı bir alətlə, eyni vaxtda həm şər iş görə, həm də xeyir görə bilərsən. Məsələn, bıçaqla həm çörək doğramaq olar, həm də adam öldürmək mümkündür. Deməli, biz də cəmiyyətdəki qeyd etdiyimiz bütün problemləri həll etmək üçün ailənin, bağçanın, məktəbin… müsbət cəhətlərindən, bizim üçün xeyirli tərəflərindən istifadə etməliyik. Yəni internetin mənfi tərəfindən istifadə edərək, ailə də dağıtmaq olar, hər hansı elmi və ya mənəvi yazını oxuyub, əxlaq artırmaq da. Televizorda yuxarıda saydığım səhnələrə baxaraq gəncliyi məhvə doğru sürükləmək də olar, müsbət verilişlərə tamaşa edərək, gəncliyin yetişməsinə təkan vermək də. Biz ikincilərdən olaq…
VÜQAR İSMAYILOV
vuqar muellim bu deyerli fikirlerden dolayi size cox derin tesekkurler.Tamamile dogrudur amma bir heqiqet var.Her sey bizim oz elimizdedir.Tanriya min sukurler fikirlesmek,her hansi bir qenaete gelmek ucun agil verib.Islam dininin buyurduqlari ile getsek her sey ela olar.Bizki Muhmmed ummetleriyik.Unutmayaq hec olmazsa onun istediy yolu gedek.Alllah-Teala cumlemizi bu eziz yoldan ayirmasin.Amin
Beli qardas eledir hz. Eli es buyrubki ELINE, DILINE, BELINE SAHIB OL.
Cox deyerli yazidi cox saqolun . Allah her birimize doqru yolu secmekde komek olsun.Heyatda gorduklerimizden ozumuze ibret goturmeyi bacaraq.
Hər bir incikliyi unutmaq da olar, umu-küsüləri bir kənara qoymaq da..Amma məncə ağappaq, təmiz bir səhifə üçün təzə dəftər almaq lazımdı..
Cox deyerli yazidi cox saqolun .
Allah her birimize doqru yolu secmekde komek olsun.Heyatda gorduklerimizden ozumuze ibret goturmeyi bacaraq
Comments are closed.