Zərdabda heyvanlar arasında kütləvi xəstəlik yayılıb

0
25

fotoZərdab rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb. Bu barədə Zerdab.com saytına rayonun Çallı kəndinin sakini Babək Mikayılov məlumat verib. Babək Mikayılovun sözlərinə görə, heyvanlar arasında ölüm halı müşahidə olunmasada xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub. Saytımıza verilən məlumata görə, rayonun digər kəndlərindədə eyni vəziyyət müşahidə olunur. B. Mikayılov xəstəliklə mübarizədə rayon baytarlarının diqqətindən razılığını bildirib. Onun sözlərinə görə, Zərdab Rayon Baytarlıq İdarəsinin rəisinin tapşırığına əsasən, baytarlar kəndlərdə heyvanların müalicəsi ilə məşğuldurlar. Baytarlar heyvanların dovşancıq adlı xəstəlikdən əziyyət çəkdiklərini bildiriblər. Yayılan məlumatlarda qeyd olunur ki, hazırda ölkənin 15 rayonunda bu xəstəlik yayılıb ki, onlardan biri də Zərdab rayonudur.

Zerdab.com