Əlibəyli kəndinin komandası Zərdabın mini futbol üzrə çempionatu oldu

0
153
zerdab-cempion-elibeyli
Zərdabda mini futbol üzrə rayon çempionatına yekun vurulub.
Zerdab.com saytı xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, Zərdab rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən mini futbol üzrə rayon çempionatına yekun vurulub. 10 komandanın, 150-yə qədər idmançının mübarizə apardığı, 22 aprel 2024-cü il tarixdən start götürmüş çempionatın final oyununda Xanməmmədli və Əlibəyli kəndinin komandaları üz-üzə gəlib. Əlibəyli komandası 1-0 hesabı ilə üstün olaraq çempionatın qalibi olub.
Çempionatda I və II yeri tutmuş və fəal iştirak etmiş bütün komandalara Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim olunub.
Zerdab.com