Zərdabda ilk orta məktəbin banisi

0
3146
zerdab-seher-bir-nomreli-mekteb
XlX əsrin sunu – XX əsrin əvvəllərində Zərdabda dördsinifli məktəb (rus-Azərbaycan məktəbi) fəaliyyət göstərsə də, ilk orta məktəbin əsası 1932-ci ildə qoyulub.
Hazırda Həsən bəy Zərdabinin adını daşıyan Zərdab şəhər 1 nömrəli məktəb-liseyin yerində mövcud olan ilk orta məktəbin yaradıcılarından biri, həmçinin ilk direktoru Hüseynov Hacı Baba oğlu olmuşdur. O, 1911-ci ildə Gəlmə kəndində anadan olub. İlk təhsilini Zərdabda, daha sonra isə Göyçayda alan Hacı Hüseynov bir müddət Göyçay rayon Xalq Maarif Şöbəsində inspektor, Zərdabda ilk orta məktəbin (1932-1934-cü illər) və Bakı şəhəri 190 nömrəli məktəbin direktoru və s. kimi vəzifələrdə çalışıb.
Hacı müəllimin Zərdabda kadr potensialının formalaşdırılmasında mühüm xidmətləri olub. O, həmçinin İkinci Dünya müharibəsində, Krımda partizan hərəkatında iştirak edib, bir sıra orden və medallarla təltif olunub. Hacı Hüseynov təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə “Əməkdar müəllim”, “Qabaqcıl maarif xadimi” və s. kimi fəxri adlara layiq görülüb.
O, 1995-ci ildə Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!