Əslən Zərdab rayonundan olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu oldu – Tairxdə ilk

0
3770

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçıların Avropa çempionatında Azərbaycanlı şahmatçı qızıl medal qazanıb.

Zerdab.com-a verilən məlumata görə, Ülviyyə Fətəliyeva əslən Zərdab rayonundandır.

10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb.
Qeyd edək ki, Ülviyyəni bu gün birinci vitse-prezident Mehriban Əliyeva da təbrik edib. Təbrikdə deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”.