Zerdab.com-a müraciət edən vətəndaşın problemi həll olundu

0
3716

Zerdab.com saytında Zərdabın Qoruqbağı kənd sakini, uzun illər tibb bacısı işləmiş, hamının yaxşı tanıdığı Qoruqbağı kənd sakini Sifayət Məmmədovanın evinə internet çəkilməsi ilə bağlı müraciətini paylaşmışdıq. Sifayət Məmmədova Zerdab.com saytına bildirib ki, müraciətindən dərhal sonra, yəni səhərisi gün evinə internet xətti çəkilib və məsələ həll olunub. S. Məmmədova müraciətinə dərhal reaksiya verildiyi və evinə internet çəkildiyi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nə və müraciətini ictimailəşdirən Zerdab.com saytına təşəkkür edib. Paylaşdığımız foto yeni çəkilən xəttin fotosudur. Öz növbəmizdə biz də bu işin əziyyətini çəkən hər kəsə minnətdarlığımızı bildiririk.

Zerdab.com