Evsiz qalmış hədiyyələr…

1
41

Gültən Qədirli

Müəllif: Gültən Qədirli

Həmişə arzu etmişəm öz evim  ya da  ayrıca bir  otağım olsun…

Ad günümdə ya müəyyən bayramlarda verilən hədiyyələrin  əksəriyyəti necə verilibsə elə də qalıb. Kirayədə qaldığımıza görə həmişə arzulamışam ki,  vaxt gələr, onları öz evimizdə açaram.

Bəzən xəyallarımda öz evimi qururam və  hansı hədiyyəni hara, necə qoyacağımı da müəyyən edirəm.

Bəzən açmaq istəyirəm hədiyyələri, amma hər dəfə onları açmağı başqa günə saxlayıram. İndiyə kimi  əksər hədiyyəni açmamışam. Ən çox da  qab-qacağa aid hədiyyə olanda.

Hələ indiyə kimi qismətimdə olmayıb onlardan istifadə etmək. Elə bil bəzən insan kimi dil açıb nəsə demək istəyir evsiz qalmış hədiyyələr və dünyaya təzə gəlmiş körpə kimi danışa bilmirlər.

Sanki bağlı qutuda  qalmaqdan beziblər,  işlədilmək istəyirlər.

Elə bil onlar da mənim kimi kirayə olmayan evdə açılacaqları  günü gözləyirlər.

Sanki mənim kimi onlar da xəyallar qururlar…

1 comment

Comments are closed.