Zərdab UADM tərəfindən keçirilən tender niyə ləğv olundu?

0
3755

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Zerdab.com
saytı yeniavaz.com-a istinadən xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarına əsasən ləğv olunub.
Bildirilir ki, Zərdab UADM-ın inzibati binasının əsaslı təmiri işlərinin satın alınması (işin davamı) üçün keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.

Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur.
Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.
Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.