Lələağacı məktəbinin komandası birinci oldu

0
3713

Akademik Zərifə Əliyevaya həsr olunmuş intellektual yarışın qalibləri bəlli olub. 

Zerdab.com saytı xəbər verir ki, aprelin 25-də Zərdab rayonu üzrə təhsil sektorunun dəstəyi və Qaravəlli kənd tam orta məktəbin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında təşkil olunan intellektual yarışın final mərhələsi keçirilib.

Finala mərhələsində mübarizə aparan 12 komanda arasında ən yüksək nəticə göstərən Lələağacı məktəbinin komandası birinci, Qaravəlli məktəbinin komandası ikinci, Zərdab şəhər 3 nömrəli məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Qaliblər Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən FəxriFərman, müxtəlif dərəcəli medallar və yarışın kuboku (1-ci yer) ilə təltif olunublar.

Zerdab.com

Zerdab png