Kürdə batan ata və qızının axtarışları davam edir

0
4496
Zerdab - kur-png

Ötən gün Zərdabda Kür çayında batan ata və 6 yaşlı qızının axtarışları davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Zerdab.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, Zərdab rayon Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə su motoru yaxınlığında istirahət edirmiş. Bu zaman onun 6 yaşlı qızı Səma Süleymanova Kür çayına yıxılıb, atası isə onu xilas etmək istəyərkən boğulub.

Zerdab.com

Zerdab - kurpng