Zərdabda dəhşətli hadisə: ata və qızı Kürdə boğuldu

0
5136

Zərdabda ata və övladı Kür çayında boğulub.

Zerdab.com saytına verilən məlumata görə, hadisə bu gün Kürün qarşı sahilində baş verib. Bildirilir ki, Qoruqbağı kənd sakinləri Vaqif Süleymanov və ailə üzvləri Kür çayı sahilində yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. İddia edilir ki, hadisə də bu zaman baş verib. Ailənin qız övladı qəfil Kürə yıxılıb. Atası Vaqif Süleymanov onu xilas etmək istəsə də, özü də çayda boğulub. Hadisənin uşağın anasının gözləri qarşısında baş verdiyi bildirilir. Allah rəhmət eləsin. Hadisənin dəqiq təfərrüatları ilə bağlı məlumat verəcəyik.

Zerdab - kur-png

Zerdab - kurpng