Zərdab məktəblisi qızıl medal qazandı

0
2634
rauf-rehimov-zerdab.png
Zərdab məktəblisi qızıl medal qazanıb. “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsi başa çatıb.
Zərdab rayonu üzrə təhsil sektorundan Zerdab.com saytına verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin şagirdi Cavid Ağayev qızıl medala layiq görülüb.
Bu münasibətlə Cavidi və onun elmi rəhbəri, Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Rauf Rəhimovu təbrik edirik!