Peyğəmbərimizin (s.ə.s) nəsihətləri

0
37
kainat– Sözlərin ən doğrusu Allahın kitabı, yapışılacaq ən möhkəm dəstək təqvadır (ən kiçik məsələdə belə, Allahdan qorxaraq, dinin buyruqlarına əməl etmək).
– Dinlərin ən xeyirlisi İslamdır.

– Yolların ən xeyirlisi Hz. Məhəmmədin (s.ə.s.) yoludur.

– Sözlərin ən şərəflisi zikrullahdır (Allahın adını çəkmək).

– Qissələrin ən gözəli Quranda nəql edilənlərdir.

– Ən gözəl gedişat (yol) peyğəmbərlərin yoludur.

– Ən gözəl ölüm şəhidlərin ölümüdür.

– Ən qatı korluq doğru yolda olduqdan sonra ondan sapmaqdır.

– Ən xeyirli elm faydalı olandır.

– Korluğun pisi qəlb korluğudur.

– Verən əl alan əldən üstündür.

– Faydasız bəhanə ölüm anında söylənəndir.

– Peşmanlığın pisi Qiyamət günü yaşanandır.

– Yanlışları ən çox olan dili çoxlu yalan söyləyəndir.

– Xeyirli zənginlik göz toxluğudur.

– Ən xeyirli qida təqvadır.

– Hikmətin başı Allah qorxusudur..