Zərdabın gilas mürəbbəsi dadına görə Azərbaycanda birinci oldu

0
28

 

Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Zerdab.com saytına verilən məlumata görə, Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının köməkliyi ilə Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış edib.

Festivalda şirniyyat komandaları tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. Azərbaycanın rayonları arasında Zərdabda bişirilən gilas mürəbbəsi birinci yeri tutub. 

İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, keçən il keçirilən eyni festivalda Zərdabda bişirilən gavalı mürəbbəsi də dadına görə birinciliyə layiq görülmüşdü. 

Zerdab.comMürəbbə festivali

Mürəbbə festivali1 Mürəbbə festivali1 Mürəbbə festivali1 Mürəbbə festivali Mürəbbə festivali