Zərdabda azyaşlını avtomobil vuraraq öldürüb – RƏSMİ

0
61
zerdab-qeza-avariya-dyp

Zərdab rayonunda azyaşlını avtomobil vuraraq öldürüb.

Zerdab.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 29-da saat 12 radələrində Zərdab şəhərinin ərazisində Böyük Dəkkə kənd sakini Vüsal Mehdiyev idarə etdiyi “VAZ-21064” markalı avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Turan Şəmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı Zərdab rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.