Ramil Usubov Zərdab sakinləri ilə görüşəcək

0
35

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iyunun 15-də Şirvan Şəhər Polis Şöbəsində vətəndaşların qəbulunu keçirəcək. Zerdab.com saytı xəbər verir ki, qəbulda Zərdab rayonunun sakinləri də iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.