Bakıda dənizdə boğulan Zərdablı uşağın görüntüləri yayıldı – VİDEO

0
57

Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

Zerdab.com saytı “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Zerdab.com saytı “Zərdabın Aynası”na istinadən xəbər verir ki, Bayram Kərimli Zərdab rayonundan olub. Mərhum dünən gecə saatlarında Zərdaba gətirilərək dəfn edilib.

Allah valideynlərinə və yaxınlarına səbir versin.