Zərdabın yeni icra başçısı kimdir? – Tərcümeyi hal

0
140

Xəbər verdiyimiz kimi, Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Zerdab.com saytı Zərdab Rayon İcra Hakimiyyətinin yeni başçısının tərcümeyi-halını təqdim edir.

İCRA HAKİMİYYƏTİ BAŞÇISI HAQQINDA MƏLUMAT

Soyadı Camalov
Adı Mərdan
Atasının adı Talıb
İşə təyin olunma tarixi 18 aprel 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Doğulduğu yer Əli Bayramlı (Şirvan) şəhəri
Təvəllüdü 27 may 1956-cı il
Təhsili Ali
Bitirdiyi təhsil müəssisəsi Azərbaycan Dövlət Pedoqoji İnstitutu,
Azərbaycan Dövlət İqtisadiyyat İnstitutu
Peşəsi, ixtisası Müəllim, iqtisadçı
Milliyyəti Azərbaycanlı
Ailə vəziyyəti Ailəli, 4 övladı var.
Partiyalılığı Yeni Azərbaycan Partiyası

ƏMƏK FƏALİYYƏTİ

İşlədiyi dövr İşlədiyi müəssisənin (təşkilatın) adı Vəzifəsi
24.08.1978 21.08.1981 Ağacanlı kəndi 8 illik məktəb Müəllim
21.08.1981 04.01.1982 Əli Bayramlı şəhər Süni Dəri zavodu 5-ci dərəcəli çilingər
04.01.1982 06.09.1983 Əli Bayramlı şəhər Süni Dəri zavodu,Texniki Kontor şöbəsi Usta
06.09.1983 07.01.1985 Əli Bayramlı şəhər Süni dəri zavodu Növbə ustası
17.01.1985 17.12.1986 Əli Bayramlı şəhər Süni dəri zavodu Sex rəisi
17.12.1986 05.03.1987 Əli Bayramlı şəhər Süni dəri zavodu Böyük usta
05.03.1987 02.09.1988 Əli Bayramlı şəhər Süni dəri zavodu Sex Rəisi
22.09.1988 11.04.1989 Əli Bayramlı Süni dəri zavodu,Texniki Təchizat şöbəsi Rəis
01.11.1989 18.06.1990 Köçürmə yolu ilə Azərittifaqın Əli Bayramlı Şəhər İstehlak Cəmiyyəti Rəis
18.06.1990 17.03.1993 Şəhər İstehlak Cəmiyyəti Sədr
17.03.1993 25.05.1993 Köçürmə yolu ilə Azərittifaqın baş ticarət və İctimai İaşə idarəetməsi Rəis
25.03.1993 01.03.1995 Azərkooperativ Məişət ticarət kontorunun Bakı universal bazası Direktor
01.03.1995 08.01.1996 Azəriqaz Dövlət Şirkətinin Sosial Təchizat Birliyi Rəis müavini
09.01.1996 18.04.2005 Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin maddi texniki təchizatı Rəis
18.04.2005 h/h Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyəti Başçısı Aparatı İcra Hakimiyyətinin Başçısı