Zərdabın yeni icra başçısı kəndlərə gedib camaatın problemləri ilə maraqlanır – Fotolar

0
39

Zərdab rayonuna yeni təyin olunmuş icra başçısı kəndlərdə səyyar qəbullar keçirərək əhalinin problemləri ilə maraqlanır.

Zerdab.com saytı xəbər verir ki, Zərdab rayonunun Aşağı Seyidlər kəndində Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib.


Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.

Zərdab rayonunun Rayon İcra Hakimiyyəti başçısı Gəlmə kəndində də səyyar qəbul keçirib.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.