Prezidentin əfv etdiyi 2 Zərdablı kimdir? – Sərəncamda onların da adı var

0
49
zerdab-vakansiya-isci-axtarilir

Məlum olduğu kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Zerdab.com saytı xəbər verir ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Həmin şəxslər arasında 2 həmyerlimiz də var. Onlar Zərdab Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmişdilər:

– Əhmədov Süleyman Sabir oğlu. S. Əhmədov 1989-cu ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Zərdab Rayon Məhkəməsinin 2018-ci il 27 noyabr tarixli hökmü ilə məhkum edilmişdi.

-Əsədov Zamiq Məmməd oğlu. Z. Əsədov 1982-ci ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. Zərdab Rayon Məhkəməsinin 2018-ci il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdi.

Əlbəttə, əfv edilmiş digər məhkumlar kimi onların da ailələrində bu bayram ikiqat sevinc olacaq. Ümid edək ki, onlar bir daha belə hallarla üzləşməyəcklər.

Zerdab.com