Minnətdarlıq

0
54

 Zərdab uşaq və ailələrə dəstək mərkəziÖvladım Rəhimli Ayxan anadangəlmə III dərəcəli ağır eşitmədən əziyyət çəkir. Dəfələrlə uşağı müayinə etdirmişəm , ancaq heç bir nəticəsi olmayıb. Maddi imkanımız olmadığına görə vaxtlı-vaxtında uşağı müayinə və müalicə etdirməyə imkanımız çatmır.

Bunun üçün Zərdab uşaq və ailələrə dəstək mərkəzinə müraciət etdim. Mərkəzin əməkdaşları mənim dərdimə şərik olub əllərindən gələn köməkliyi əsirgəmədilər.

Uşağımı rayon mərkəzi xəstəxanasında müayinə etdirdilər, sonra da tibbi komissiyadan keçirdilər. Mərkəzin kollektivi ailəmizə hər cür qayğı göstərdi, bizə dəstək oldu.

Bütün bunlara görə mərkəzin direktoruna və bütün kollektivinə minnətdaram.

Vüqar Rəhimov, Zərdab sakini.