Zərdabda Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin doğum günü qeyd olunub

0
6579
zerdab-sehid-anim.png

Zərdabda Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin doğum günü qeyd olunub. Zerdab.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İHB Aparatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evinin, ərazidə fəaliyyət göstərən idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Məmmədzadənin və Gəlmə kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. 

Zerdab.com

anar-memmedzade-sehid.png