Tələbələrin təqaüdləri artırıldı

0
191

pulPrezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident həmçinin doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında da sərəncam imzalayıb. Sənədə əsasən, doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlara 220 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 120 manat təqaüd müəyyənləşdirilib. Ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 120 manat, magistr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 105 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 85 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 55 manat, bakalavr pilləsi üzrə: əla qiymətlərlə oxuyan tələbələrə 95 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 80 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 50 manat təqaüd veriləcək.

Orta ixtisas təhsili müəssisələrində əla qiymətlərlə oxuyan tələbələrin təqaüdü 50 manat, əla və yaxşı qiymətlərlə oxuyanların 40 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrin təqaüdü 35 manat müəyyənləşdirilib. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin təqaüdü isə 35 manat olub.

Zerdab.com