
“Lider” telekanalında yayımlanan “Milli səs” yarışmasında Zərdab rayonunu təmsil edən gənc ifaçı Eltac İbrahimov oktyabrın 29-u, saat 21:30-da növbəti verilişinə çıxacaq. Bu barədə Zerdab.com saytına Eltac İbrahimov özü məlumat verib. Eltac İbrahimov həmyerlilərimizdən ona yarışmada dəstək göstərmələrini xahiş edib. Bildirək ki, həmyerlimizə dəstək olmaq üçün bu dəfə “Azercell” nömrələrindən mesaj yerinə Eltac yazıb 1 səs üçün – 93108 nömrəsinə, 50 səs üçün – 93104 nömrəsinə, 100 səs üçün – 93105 nömrəsinə SMS göndərə bilərsiniz. Məlumat üçün qeyd edək ki, 1 səsin qiyməti 30 qəpikdir. Həmyerlimizə uğurlar arzulayırıq.
Zerdab.com








