Zərdabda Dövlət Bayrağı Günü qeyd edildi – Fotolar

0
27

Dövlət Bayrağı GünüZərdab şəhərinin Dövlət Bayrağı meydanında 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib.

Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra ictimaiyyət nümayəndələri uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Zerdab.com saytının məlumatına görə, daha sonra rəsmi hissə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin çıxışı ilə davam edib. Lütvəli Babayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis olunub. Dövlət Bayrağı Günü artıq dördüncü ildir qeyd edilir. Hər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı bütün rayon sakinlərini bu əlamətdar gün münasibətilə təbrik edərək, dövlət atributlarımızın, o cümlədən bayrağımızın müqəddəsliyi və bayrağımıza ehtiram göstərilməsinin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. L. Babayev qeyd edib ki, Zərdabda şəhərin mərkəzi hissəsində Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibətilə 14 iyul 2011-ci ildə 42 metr hündürlükdə bayraq qaldırılıb və Dövlət Bayrağı meydanı salınıb.

Daha sonra Heydər Əliyev parkında bağça yaşlı uşaqlar, məktəblilər Dövlət Bayrağımıza həsr olunmuş şeirlər söyləyib, rəqs ediblər.

Tədbir rayon Mədəniyyət Evinin kollektivinin möhtəşəm konsert proqramı ilə davam edib.

Dövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı GünüDövlət Bayrağı Günü