Həmyerlimiz Nərmin Camalzadə İtaliyada dünya çempionu oldu

16
49

Nərmin CamalAzərbaycanın ən güclü xanım idmançılarından biri – həmyerlimiz, Zərdab rayonunun yetirməsi Camalzadə Nərmin Akif qızı karatenin VKC növü üzrə İtaliyanın Berqamo şəhərində keçirilən dünya çempionatında rəqiblərini məğlub edərək 1-ci yeri tutub. O, komanda döyüşündə isə 2-ci olub.

İtaliyanın Berqamo şəhərindən Zerdab.com saytının suallarını cavablandıran Nərmin Camalzadə – 57 kiloqram çəki dərəcəsində qalib olduğunu söylədi. Nərmin Camalzadə sözügedən çempionatda bundan öncə 2-ci yeri tutduğunu, indi isə ilk dəfə olaraq 1-ci yerə yüksəldiyini dedi. Məlumat üçün bildirək ki, çempionat noyabrın 23-24-ü tarixlərində keçirilib. N. Camalzadə Zerdab.com-a açıqlamasında: “Çox çətin və məsuliyyətli yarış idi. Çətinliklə də olsa, qələbəyə nail olduq. Bu çempionat üçün çox həyəcanlı idim. Şükür ki, əziyyətim hədər getmədi”,-söylədi.

Nərmin Camalzadə 3 döyüş keçirib və finalda Ukraynalı rəqibini məğlub edib.

Xatırladaq ki, Nərmin Camalzadə bundan öncə də möhtəşəm qələbələrə imza atıb. Belə ki, sonuncu dəfə karatenin VKC növü üzrə Ukraynanın Odessa şəhərində keçirilən VI Dünya Kubokunda 18-35 yaşlı idmançılar arasında 48 kiloqram çəki dərəcəsində rəqiblərini məğlub edərək Dünya Kubokuna sahib olub.

Nərmin Camalzadə bundan başqa karatenin VKC növü üzrə Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq turnirin qızıl medalçısı, Dünya kuboku yarışlarında Dünya kubokunun və qızıl medalın sahibi, 2010-cu il Avropa çempionu, Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatının gümüş mükafatçısı, Şərqi Avropa çempionatının qızıl mükafatçısıdır.

Həmyerilimizi möhtəşəm qələbələri münasibəti ilə ürəkdən təbrik edir, ona yeni-yeni qələbələr arzulayırıq.

Zerdab.com

16 ŞƏRH

  1. Nermin xanim birinci yazinida men qeyd etmisem bilmirem nece olub ki anonim yazilib bir daha tebrik edirem cesur qehraman qadin

  2. MAWALLAH MAWALLAH GELECEK GORUWLERINIDE BELE UGURLU KECSIN ///////////////UGURLAR SENE

  3. Табриклар чох севиндрици хабар(Y) (Y) (Y) (Y) (Y) (Y)

  4. bir zerdabli kimi bu bizide sevindirir bizde tebriklere qowularaq NERMIN XANIMI tebrik edir ve ona iwlerinde ve derslerinde qelebeler arzu edirik.Sukani bele saxla

  5. tebrik edirem sene ugurlar arzuluyuram yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

Comments are closed.