Zərdab rayonunda hansı işlər görülür?

1
151

Zərdab rayonu“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına iki il əvvəl başlanılıb. Ağsu rayonunun ərazisindəki Külüllü su mənbəyindən 75 kilometr uzunluğunda polietilen borularla magistral su xətti çəkilib. Zərdab şəhərində hər birinin tutumu 1000 kubmetr olmaqla iki su anbarı tikilib. 67 kilometr uzunluğunda daxili şəbəkə qurulub. Hər bir mənzildə elektron tipli su sayğacları quraşdırılıb. Ayrı-ayrı küçələrdə 51 ədəd yanğın əleyhinə su hidrantı istismara buraxılıb. İndiyə kimi 2500 yerli, o cümlədən 25 məcburi köçkün ailəsi içməli su ilə təmin olunub. Zerdab.com saytının məlumatına görə, ilin sonuna kimi daha 500 təsərrüfata içməli su veriləcək. Bunula da Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci hissəsi başa çatdırılacaq. Layihənin ikinci mərhələsi isə 15 kəndi əhatə edəcək. Rayonda mərəkəzi xəstəxananın yenidən qurulması da davam etdirilir. Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına səhiyyə ocağının şöbələrində, köməkçi binalarda təmir bərpa işləri görülür. Qapı və pəncərələr, dam örtüyü, sanitar texniki qovşaqlar, elektirik və rabitə xətləri, istilik sistemi yenilənir. Yenidənqurma tədbirlərindən sonra xəstəxananın müasir tibbi avadanlıqlarla təhcizatı planlaşdırılıb. Rayonda kəndlərin qazlaşdırılması da diqqət mərkəzində saxlanılır. Hazırda Sarıqaya və Qoruqbağı kəndlərinə qaz xətləri çəkilir. Lələağacı, Yarməmmədbağı, İsaqbağı, Böyükdəkkə, Dəliquşçu kəndlərində sayğaclaşma başa çatdırılıb. Yeni ildən bu yaşayış məntəqələrinin sakinləri mavi yanacaqdan istifadə etmək imkanı qazanacaqlar. Zərdabda kənddaxili yolların təmir bərpasına da diqqət yetirilir, müxtəlif təşkilatlar üçün inzibati binalar tikilir.

Zerdab.com

1 comment

  1. ZERDAB RAYONUNDA ABADLIQ QURUCULUQ ISLERI HAMINI VALEH EDIR.RAYON GUNU-GUNDEN GOZELLESIR.YOL BOYU UCAR ZERDAB YOLU KENARINA SAM-QOVAQ AGACLARI EKILIR.ISLER RAYON EHALISINI COX SEVINDIRDI.BUNUN UCUN OLKE BASCISI CENAB ILHAM ELEYEVE VE RAYON REHBERI L.BABAYEVE OZ MINNETDARLIQIMIZI BILDIRIRIK
    MEMMEDOV.E.R (CALLI KENDI)

Comments are closed.