TQDK Zərdabın təhsil işçilərinə seminar-məşğələ keçib

0
18

TQDK-nın Ağcabədi Regional BölməsiZərdab, Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Füzuli, Ağdam rayonlarının “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək təhsil şöbələrinin və məktəblərinin əlaqələndiriciləri üçün seminar keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, seminar TQDK-nın Ağcabədi Regional Bölməsinin əməkdaşları tərəfindən Ağcabədi şəhərində təşkil olunub. İştirakçılara sistemdən istifadə qaydaları, məktəb direktorları və əlaqələndiricilərin vəzifələri barədə geniş məlumat verilib, məktəblərdə nəzarətçilərlə bağlı qeydiyyat işlərinin dəqiq və vaxtında aparılması üçün görüləcək işlərlə əlaqədar müzakirələr olub.