Goranboyun “Goranboy.org” saytı açıldı

2
226

Goranboy.orgGoranboy rayonu Azərbaycan SSRİ Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə Respublikanın inzibati ərazi bölgüsü olmaqla inzibati rayon kimi yaradılıb.

Həmçinin həmin il, icraiyyə komitəsinin qərarı ilə rayonun tarixi torpaqları hesabına rayonun Gülüstan ərazisi də daxil olmaqla, Yuxarı və Aşağı Ağcakənd ərazisində Aşağı Ağcakənd rayonu da yaradılıb. 1938-ci il 8 sentyabr tarixində icraiyyə komitəsinin növbəti Qərarı ilə Goranboy rayonunun tarixi adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd adı isə Şaumyan rayonu adlandırılıb. Azərbaycan Respublikası Ali sovetinin qərarı ilə 1991-ci il 12 fevral tarixli eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilib, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılıb. Goranboy çoxəsrlik tarixə malik yurd yerlərindən, qədim türklərin yaşadığı insan məskənlərindən biri kimi Azərbaycan tarixinin tədqiqatlarla zəngin səhifələrindəndir. Hazırda Goranboy rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub. Rayonun bu günlərdə istifadəyə verilən Goranboy.org saytı bu və digər mövzularda oxucuları məlumatlandıracaq. Saytda Goranboy və ətraf bölgə haqqında müxtəlif xəbərlər dərc olunacaq. Goranboy.org-da rayondakı tarixi abidələr, muzeylər, tarixi hadisələr, şəhərdə görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumatlar yer alacaq. Saytda rayonun təhsil, incəsənət, elm sahələri haqqında xəbərlər, görkəmli iş adamları haqqında məlumatlar yer alacaq. Bundan əlavə, rayonda sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə təsərrüfat sahələrində görülən işlər barədə məlumatlar yer alacaq. Rayon haqqında məlumat almaq üçün, sadəcə, Goranboy.org saytından istifadə etmək yetərli olacaq. Bölgədə keçiriləcək tədbirlər, bayramlar, idman, incəsənət və digər sahələr barədə videoları və şəkilləri oxucular çətinlik çəkmədən saytdan izləyə biləcəklər. Saytda xəbərlər həm yazılı, həm də video şəklində yayımlanacaq.

2 ŞƏRH

Comments are closed.