Zərdab rayonunda yeni müasir obyektlər istifadəyə veriləcək

0
52

Zərdab rayonunda quruculuq-abadlıq, yeni sosial obyektlərin inşası işləri davam etdirilir. www.zerdab.com saytının xəbərinə görə, rayonun Lələağacı kəndində smeta dəyəri 510 min manat olan 80 yerlik məktəb binasının tikintisində 358 min manatlıq tikinti işləri görülüb. Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilmiş Qoruqbağı kəndindəki uşaq bağçası isə açılışa tam hazırdır.
www.zerdab.com saytı xəbər verir ki, yaxın günlərdə Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəblərin tikintisinə başlanılacaq.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa olunan Çallı kənd doğum evi və Şəftəhal kənd tibb məntəqəsi də açılış üçün tam hazırdır.

Sabir Abbasov/ www.zerdab.com