Zərdabın Dəliquşçu kəndində bir ailə evsiz qaldı

5
24

Zerdab_yanğınZərdabda evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə gecə saat 02:30 radələrində rayonun Dəliquşçu kəndində qeydə alınıb. 1958-ci il təvəllüdlü Hüseynov Valeh Əli oğluna məxsus  ümumi sahəsi 144 kv. m olan 1 mərtəbəli 5 otaqlı evdə güclü yanğın baş verib. Ev sahibləri yatdığından, hadisədən gec xəbər tutub və yanğın başlayandan təxminən 1 saat sonra yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Evin tavanı tamamilə yanıb külə dönsə də, yanğınsöndürənlərin səyi nəticəsində ev əşyalarının bir qismi yanğından xilas edilib. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra müəyyən ediləcək.

5 ŞƏRH

  1. Birincisi yerləşdirdiyiniz şəkil bizim evin şəkli deyil, ikincisi hadisə gecə saat 04:45 radələrində qeydə alinib və qeydə alinan zaman yanğın kicik bir hissədə baş vermişdi, üçüncüsü ev bir yox iki mertebeli 5 otaqlıdır, dördüncüsü gece 04:46-da 101 özüm şəxsən zəng vurmuşam, 8 dəqiqə sonra ikinci zəngi vurmuşam və nəhayət üçüncü zəngdən 3-4 deqiqe sonra geldilər və ev əşyalarının qismən deyil tamamılə yanmasına köməklik göstərdilər.

  2. Bu məlumatda doğru bir söz yazmısınız oda ev sahibinin adi digerleri ağ yalandır….

Comments are closed.