Gənc həmyerlimizin fotosessiyaları duyğuları nizamlayır… – CAVAB

6
63

Zərdab rayonu Adətən yaradıcı insanların, xüsusilə rəssamların və fotoqrafların peşə taleyindən söz düşəndə – aprel ayında baş tutan sərgi yalnız xoşbəxtlərin nəsibinə düşən hadisələrdəndir – deyirlər. Çünki bu zaman anlayışında insan hiss, duyğu, idrak və görüşlərinin ümumi mənzərəsini bütün dünya qarşısında açmağa imkan tapır. Amma qış vaxtı, “ qarlı” lövhələrlə gözəlliyi əks etdirmək, özü də bu gözəllik obyektlərini kiçik bir şəhər çərçivəsində təqdim etmək məncə daha böyük məharət tələb edir . Gənc fotoqraf, həmyerlimiz Samir Məmmədovun “Zərdabdan “qarlı” fotosessiya”sını seyr edərkən mən xoş bir duyğular yaşadım. Bəyəndiyim cəhətlərdən ən başlıcası bu fotosessiyanın insan düşüncələrini cilalaya bilmək təsiridir. Maraqlıdır, qarlı bir qış günündə doğma şəhər bu günə qədər sənə adi görünən qeyri-adiliklə qarşında canlanır. Başqa fəsillərdə bəlkə də biz ətrafımıza bu duyğularla nəzər salmamışıq. Amma fevralın bu sərt günlərində insana qucaq açan obyektlər bizə ilıq bir münasibət yaşadır.

Deyirlər sənət böyük səy tələb edir . Öz orijinal yaradıcılığı ilə belə bir səy göstərən gənc fotoqraf Samir Məmmədovun Zerdab.com saytında yayımlanan “Zərdabdan möhtəşəm payız mənzərələri”,  “Təbiətə bir də bu rakursdan baxaq” və s. adlı fotosessiyalarını maraqla izləmişəm. Lakin “Zərdabdan “qarlı” fotosessiya”nı həmyerlimizin yaradıcılığında xüsusi bir uğur hesab edirəm. Hazırda yaşadığımız şaxtalı günlərdə öz düşüncələrinin çox dəyərli bir təqdimatı ilə izləyicilərdə duyğuları gözəl nizamlayan, daha doğrusu cilalayan bu qiymətli obyektivlərə görə Samir Məmmədova dönə-dönə təşəkkür edirəm. Arzum budur ki, fotoaparatınızın obyektivləri yurd sevgimizi həmişə beləcə nizamlasın.

Yaşatdığınız gözəllik duyğuları üçün minnətdarlıq hissi ilə:

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

Samir Məmmədov
Samir Məmmədov

6 ŞƏRH

  1. Salam Cox Sagolun Gozel Sozlerinizcun O Qeder Gozel Menali Sozler Yazmisinizki Duzu Men Bu Sozlerden Sonra Soz Tapib Deye Yaza Bilmirem Yenede Bir Daha Tewekkur Edirem Qiymet Verib Deyerlendirdiyinizcun

  2. Çox sağ olun , Nicat bəy ! Əslində öz qəlbiniz gözəl olduğu üçün könlünüzdə gözəl duyğular yaranır . Allah Sizdən razı olsun !

  3. agaclarin wekli cox qewengdi , ikinci wekilde yaxwidi cekenin eli derd gormesin, tamam cekdireninde cani derd gormesin))

  4. salam, birinci wekil cox gozel gorunur ,ikinci wekilde yaxwidi, cekenin eli derd gormesin, tamam cekdireninde cani derd gormesin)))

Comments are closed.