
İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurası Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına 224,4 milyon dollar vəsait ayırıb. Zerdab.com saytı xəbər verir ki, bu barədə Trend bankın rəsmi saytına istinadən məlumat yayıb.
Bu layihənin maliyyələşdirilməsi 2011-2013-cü illərdə İİB ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulub.
Bank 2011-ci ildə Zərdab-Ucar-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün Azərbaycana texniki yardım qismində 294 min dollar həcmində qrant ayırmışdı.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İİB-in üzvüdür.









Xeyirli-uğurlu olsun. Nəhayət ki, insanlarımız əzab-əziyyətdən qurtulacaq. Dövlətimizə və İslam İnkişaf Bankının Direktorlar Şurasına zərdablı vətəndaş olaraq dərin təşəkkürümü bildirirəm.
дущэрли олсун, яланса да дуз олсун, йол мэдэниййэт, козэл ниййэт, тэбиййэт, игтисадиййат, həйатдыр…
insallah pulu yolun caklisina sarf edib keyfiyyatli gozal yol cakarlar.
Comments are closed.