TQDK-nın Ağcabədi regional bölməsi tərəfindən 2014-cü ildə keçiriləcək imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək nəzarətçi – müəllimlərlə seminar-məşğələlərin keçirilməsi yekunlaşdırılıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 27-dən başlayan seminarlarda qrafikə uyğun olaraq Zərdab rayonundan olan nəzarətçi-müəllimlər də iştirak ediblər. Seminar-məşğələlərdə nəzarətçilərə imtahanların idarə olunması qaydaları izah edilib, imtahanın gedişinə aid film nümayiş etdirilib, onlar əyani vəsaitlərlə tanış edilib və anket məlumatları dəqiqləşdirilib.
Sonda nəzarətçiləri maraqlandıran suallar cavablandırılıb.
Zerdab.com








