Abbasov Abuzər Tənzil oğlu 1972-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1989-cu ildə Yuxarı Seyidlər kənd orta məktəbini, sonra Zərdab rayon 124 saylı Teniki-Peşə məktəbini bitirib. 1990-cı ildə keçmiş Sovet ordusunda xidmət edib. 1992-ci ildə Qarabağ döyüşlərinə getmişdir. Əvvəl Ağdamda, sonra isə Füzulidə döyüş bölgələrində döyüşüb. 1994-cü il ayında Aşağı Əbdürrahmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Hələ də heç bir xəbər yoxdur.








