ƏSL GÖZƏLLİK MƏRHƏMƏT LİBASINA BÜRÜNMƏLİDİR

17
96

ZerdabKlassiklərimizdən tutmuş ta müasir dövrümüzə qədər ən dəyərli yazarların gözəlliklə bağlı fikirlərini yeri gəldikcə çox oxumuşam. Sədinin “Azca gözəllik dünyaca var-dövlətdən yaxşıdır…” fikri ilə ilk dəfə tanış olanda düzü bir az çaş-baş qaldım. Sonra Məhsəti Gəncəvidən

Zülfün camalına bir yaraşıqdı,

Xərabət əhlinə nurdur, işıqdır.

Ey Şərq günəşinin nuru xoş gəldin!

Gözəllər şahına qapı açıqdır.

– bəndini oxuyanda daha təəccüblənmədim. Bir halda ki, Gözəllər şahına qapı açıqdır… Və üstəlik də dünyanı gözəllik xilas edəcək deyirlər, demək dünyanın nicatı gözəllərin ixtiyarındadır.

…Elə adamlar var ki, onlar zövq almaq üçün sadəcə mavi göylərə baxaraq “Bizə lazım olan ancaq budur” deyirlər . Möcüzələr aləminə dalan, ətrafı seyr edən, təbiətə pərəstiş etməkdə xeyrə və şərə etinasızlıq göstərən, insanlara qarşı tamamilə laqeyd qalan elə xəyalpərəstlər də var ki, onlar aclıq çəkənləri, ehtiyac içində olanları, ölüm yatağına düşən xəstəni, küçələrdə dilənən azyaşlı qızı düşünmək, bundan ötrü narahat olmaq nəyə lazımdır,- ağac altında uzanıb xəyala dalmaq mümkün isə, belə şeylərə niyə kefini pozasan deyirlər. Adamı dəhşətə salan bu sakit təbiətli adamlar rəhm etməyin nə olduğunu bilmirlər, hər şeydən razıdırlar. Qəribədir, onlar nəhayətsizliklə kifayətlənirlər. İnsanın əldə edilməsi mümkün olan axıra çatdıra biləcəyi işə can atmasından, bu böyük səyindən onlar xəbərsizdirlər. Sevincin nə olduğunu bilmirlər, ancaq heyrət etməyi bacarırlar. Onların həyatı seyr etməkdən ibarətdir. Bu yazdıqlarımı düşündükcə şəhərdə yaşayan uzaq bir qohumumu xatırladım. Çox zəngindir. Ali məktəblərdən birində dərs deyirdi. Xarici görkəmcə o qədər gözəldir ki, ona baxanda “Dünyanı gözəllik xilas edəcək kəlamının yaranmasında mütləq belə xanımların təsiri olmuşdur” –fikri ağlımdan keçir. Bakıya gedəndə hərdən onunla görüşürəm. Bir dəfə Dənizkənarı bulvarda gəzirdik. Balaca bir qız özünü bizə yetirdi. Çörəkpulu istəyirdi. Alnındakı döymə xalı, balaca üzündəki iri qara gözləri mənə maraqlı və sarsıdıcı təsir bağışladı. İstədiyindən çox verdim. Bu balaca yanımdakı qadından da pul qoparmaq məqsədi ilə ona: “Səni and verirəm bu gözəlliyinə ki, mənə bir nəzir ver”– dedi. Amma yanımdakı gözəl qadın: “Aldığın bəsdir, gör ona neçə çörək düşür? Gərək mən də verəm?”-deyərək acıqlandı. Azyaşlı qız əl çəkmək fikrində deyildi. Ona görə də təkid və israrla, həm də yaşına uyğun olmayan bir tərzdə: “Allah sənə bu boyda gözəlliyi verib, amma sən mənə bir çörəkpulu vermirsən?” deyərək məni çox təəccübləndirdi. Güman etdim ki, yanımdakı gözəl qadın bu tənəli sözlərdən sonra insafa gələr. Amma belə olmadı. O hadisədən bir xeyli vaxt keçib. Dilənçi qızın son sözləri indi də qulaqlarımda səslənir: “Allah sənə bu boyda gözəlliyi verib, amma sən mənə bir çörəkpulu vermədin!”. Həmin gündən o uzaq qohumumun gözəlliyi mənim nəzərimdə heçə endi. Daxilimdən gələn bir səs mənə çox inamla diktə etdi ki, əsl gözəllik mərhəmət libasına bürünməlidir. İnsanların da, dünyanın da xilası ancaq mərhəmətdədir.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.ZerdabZərdab

17 ŞƏRH

  1. Məqaləni oxudum.Çox təsirləndim.Mərhəmət hissinin aşılanması çox xoşuma gəldi.Allahutəala hər birimizin qəlbindən mərhəmət hissini əksik etməsin.Amin.

  2. Məqaləni oxudum.Çox xoşuma gəldi.Təsirləndim.Mərhəmət hissinin aşılanması məni yaxşı mənada duyğulandırdı.Allahutəala hər birimizin qəlbindən mərhəməti əskik etməsin.Amin inşəallah.

  3. Fikirlərinizə görə çox sağ olun , Ayət xanım ! Sizi yaxından tanıyanlar mərhəmətli olduğunuzu da gözəl bilirlər.

  4. məqaləni oxudum çox təsirləndim daxilimdən gələn səs həqiqətən mənədə diktə etdi ki,əsl gözəllik mərhəmət libasına bürünməlidir.Tərlan xanıma təşəkkür edirəm.Kaş ki,bütün insanların qəlbinaə mərhəmət hissi olaydı.

  5. Tərlan xanımın yazdığı bu məqaləni oxudum çox xoşuma gəldi. Doğrudan da təəsirləndirici bir məqalədir.Mən özümdə uzun müddətdir ki, mərhəmət xarakterli bir cəmiyyətdə çalışıram. Bizim cəmiyyətimiz humanist xeyirxah bir cəmiyyətdir. Az.QAC Zərdab rayon Bölməsi daima belə humanist işlərlə məşğul olur, zavallı və köməyə ehtiyacı olan insanlara mərhəmət göstərir. Təəssüflər olsun ki, bizim cəmiyyətimizin gördüyü bu cür mərhəmətli işləri çox az işıqlandırırlar. Tərlan xanım öz məqaləsində QAC Zərdab rayon Bölməsinin gördüyü xeyirxah işlərdən çəkilmiş. fotoları yerləşdirmişdir. Buna görə Tərlan xanıma öz təşəkkürümüzü bildiririk. Gələcək işlərində uğurlar diləyirik.

  6. Çox sağ olun , əziz oxucular-Günay və Tamilla hər ikinizin də fikrini dəstəkləyirəm. Gözəl Günay , həqiqətən də Az.QAC Zərdab rayon bölməsinə minnətdarlıq etməyə dəyər . Çox hörmətli Tamilla xanım , Sizin təşkilatınızın həyata keçirdiyi xeyirxah işləri , humanist xarakterli tədbirləri həmişə sevə-sevə izləmişəm və işıqlandırmışam. Bundan sonra da işıqlandırmağa hazıram .

  7. alah sizi imkani olmayan sexslerin usdunde esgik elemesi alah sizin komeyiniz olusun ay para cox saol gunay

  8. Tərlanə xanım məqalə ilə tanış olduqca insanın bütün vücudu tərpənir.Gözəllik dünyanı xilas edəcək deyirlər.Amma bu fikri həqiqətən tam anlayırıqmı?Gözəllik insanın daxili aləmini bəzəyərsə o insan ən zəngin insana çevrilər.Tanrıya şükr edib Peyğəmbərə salavat çeviririksə elə bu böyüklükdə gözəlliyi duymuruqmu?Daxilimizdə olan eqaistliyi məhv edə bilsək bütün dünyanın gözəlliyini tezliklə göz önümüzdə yaratmış olarıq!Mən həmin qızcığazı “Bir Gəncin Manifestin”də Baharın “faciəsi ilə eyniləşdirirəm.daxilən acıdım Onun halına.Nə Yaxşı ki,dünya Yaxşılardan xali deyil.
    Yaxşılığı bacarıb bir çörəkpulu versəydi o qıza o zaman həm Allaha xoş gələn iş görmüş olardı həm də bir Körpə ürəyə mərhəmət işığı saçmış olardı…

  9. Çox hörmətli Fədai Qabilov , dəyərli fikirlərinizə görə Sizə ürəkdən minnətdaram. Ulu Tanrı bütün sevdikləri kimi Sizdən də
    öz mərhəmət hissini əskik etməsin.

  10. Çox sağ olun , Günay Əhədova ! Mən də bu yazımı oxuduğunuza görə Sizə təşəkkür edirəm .

  11. Tərlanə xanım Sizə dərin minnətdaram.Tanrı qələminizi iti, qəlbinizin gözəlliyini dağ çayı qədər saf və əbədi eləsin…

  12. Tərlan xanim məqaləniz dogrudanda terbiyevi əhəmiyyətə malikdir.Belə yazilariniz çox olsun.Var olun.

Comments are closed.