Bir vaxtlar iki qardaş var idi… – HEKAYƏ

1
62

otlaqBir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi… Bir gün kiçik qardaş bir ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: “Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz”, – deyir. Kiçik qardaş alakal oyanıb, gözlərini ovuşdurur və: “Qardaş, məni niyə oyatdın? Çox gözəl bir yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürü ilə atım, mal-qaram, ucu-bucağı görünməyən otlaqlarım, var-dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki məni oyatmayaydın…” – deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: “Sən bu saydıqlarını yuxuda görürsən. Ancaq bütün bunlar məndə indi var”, – deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: “Qardaş, əslində biz ikimiz də yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq”…

Mənbə: “Ailəm” jurnalı

1 comment

  1. Cox tesiri hekayedir.Var-dovlete gore lovgalanmaq lazim deyil.Sahi qul qulu sah edendir Rabbimiz.

Comments are closed.