Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailə bayramı”

1
53

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi2006-cı ildən etibarən hər il may ayının 15-i ölkəmizdə Beynəlxalq Ailə Günü – “Ailə bayramı” kimi qeyd olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən belə bir bayramın keçirilməsində məqsəd cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının, nümunəvi çoxuşaqlı ailələrin təbliğidir.

Bu məqsədlə 15 may 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində də “Ailə Bayramı” keçirilib. Mərkəzdən bəhrələnən uşaqlardan – Murad, Afiqə, Ərşad, Qurban, Fəxriyyə, Fuadın söylədikləri şeirlər, Nərgizin ifa etdiyi rəqslər, Roza, Firuzə və Türkanın hazırladıqları “Qaynana” və “2 ailənin müqayisəsi” adlı səhnəciklər gələn qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Tədbirə rayonumuzdan 2 çoxuşaqlı nümunəvi ailə də dəvət olunmuşdu. Dəvət olunan ailələrə hədiyyələr təqdim edildi.

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Zərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

1 comment

Comments are closed.