
AĞLAMA
Zərdabda məskunlaşan şair dostum Laçınlı Tapdıq Qorçuluya.
Qorçulu, dünyanın döz möhnətinə,
Ovsa da içini dərd-qəm, ağlama,
Heç dözə bilmirəm yad töhmətinə,
Sən də edib mənə sitəm, ağlama.
***
Qardaş, tamarzısan yurda, vətənə,
Nadandan, naşıdan görürsən tənə,
Mənə dəyən təpik dəyibdir sənə,
Sataşır qəribə yetən, ağlama.
***
Laçınsız qalandan Laçın yuvası,
Dolaşır başımda Qırxqız havası,
Qantəpər, baldırğan dərdlər dəvası…
Olubdu dağlarda həşəm, ağlama.
***
Dərdli ürəyimə bir dərd də enib,
Yurda köç etməyə ümidim sönüb,
Amma bir yaz günü bir gülə dönüb,
Olar, Dəlidağda bitəm, ağlama.
***
Laçının dağları başı dumanlı,
Torpağı yaralı, çiçəyi qanlı,
İsaməddin özü şahiddi canlı,
Ağlayır əlində qələm, ağlama.
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.
Allahdan size can sagligi islerinizde ugurlar konlunuze uca Allahdan huzur dileyirik.Inaniriq ki bir gun gelecek Tanri bizi sevindirecek basimizin uzerindeki qara buludlari cekecek.
Comments are closed.