
Suverenlik bərpa oldu
Cəmi 23 saata
Zəfər çaldı qəhrəmanlar
Suverenlik bərpa oldu
Qisas aldı qəhrəmanlar
***
Sonun gəldi, separatçı
Xankəndinin üzü güldü.
Dəmir yumruq sayəsində
Düşmənin dizi büküldü.
***
Ulu öndər, ruhun şaddır
Bütövləşdi Vətən indi.
Gerçək oldu vəsiyyətin,
Vətən artıq suverendi.
***
Oğlun İlham tarix yazır,
Ölkəm əmin əllərdədir.
Heydər baba, dahi lider,
Sənə dua dillərdədir!!!
Müəllif: Nicat İsmayılov, Xəzər TV-nin redaktoru
Antiterror şəhidləri..
Antiterror tədbirləri,
Yeni tariximdir mənim.
Qorxu bilməz igidlərim,
Düşmənə kəsildi qənim.
***
Gəldi sonun, separatçı,
Torpağımda yer yox sənə.
Qəhrəmanlar tarix yazdı,
Onlar örnək oldu yenə…
***
Sizi daim anırıq biz,
Antiterror şəhidləri.
Bir ölüb, min dirilərik,
Unutmadıq igidləri.
Nicat İsmayılov, Xəzər TV-nin redaktoru








