
Həmyerlimiz “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Zerdab.com xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup şəxs “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Onlardan biri də əslən Zərdab rayonundan olan Məmmədova Gülnar İsmayıl qızıdır. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Məlumat üçün bildirək ki,
Gülnar xanım həmyerlimiz, Qaravəlli kəndində doğulub, gənclik illərində orada müəllim kimi çalışan, Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının professoru İsmayıl Məmmədovun övladıdır. Xanım həmyerlimiz hazırda Ali Məhkəmədə Analitik sektorun müdiri vəzifəsində çalışır. Həmyerlimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.








