
Bayrağa aid yeni şeir
Sən ucal, hey bayrağım!
Suverendi vətənim,
Qələbə sayəsində.
Dalğalanır bayrağım,
Yurdun hər bölgəsində.
***
Mavi, qırmızı, yaşıl,
Hər rəngin mənası var.
Sancıldığın zirvədə,
Qələbə sədası var.
***
Yüzilliklər sonra da,
Dalğalan, ey bayrağım!
Tanınırsan dünyada,
Sən ucal hey, bayrağım!
Müəllif: Nicat İsmayılov “Xəzər TV”nin redaktoru








