Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib – VİDEO

0
2892

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovla Zərdab rayonunda keçirilən vida mərasimi başa çatıb.

Zerdab.com xəbər verir ki, A.Abbasovun nəşi Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.