Sabah Zərdab rayonundan olan itkin şəhid Abuzər Abbasovun nəşinin qalıqları dəfn ediləcək

0
3530

Sabah Zərdab rayonundan olan itkin şəhid Abuzər Abbasovun nəşinin qalıqları dəfn ediləcək.

Zerdab.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Abbasov Abuzər Tənzil oğlu saat 15:00-da Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1972-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1989-cu ildə Yuxarı Seyidlər kənd orta məktəbini, sonra Zərdab rayon 124 saylı Texniki-Peşə məktəbini bitirib. 1990-cı ildə keçmiş Sovet ordusunda xidmət edib. 1992-ci ildə Qarabağ döyüşlərinə gedib. Əvvəl Ağdamda, sonra isə Füzulidə döyüş bölgələrində döyüşüb. 1994-cü il ayında Aşağı Əbdürrahmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.