Çərşənbə, Fevral 25, 2026

Zərdabın igid oğlu, şəhid Fərid Rüstəmovun atası vəfat edib

0
12
ferid
2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən qəhramancasına şəhid olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri, Zərdab rayonunun Kəndəbil kəndindən olan Fərid Rüstəmovun atası Nafil Rüstəmov vəfat edib. Zerdab.com-a verilən məlumata görə, Kəndəbil kəndində mərhumun dəfn mərasimi keçirilib. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər. Allah rəhmət eləsin.