Nə əlin sənindir, nə gözün. İnanmırsan, ətrafına bax. Bu dünyada o qədər gözsüz, dilsiz, əlsiz-ayaqsız insanlar var ki. Bilirsənmi bunun hikməti nədir? Bilirsənmi doğuşdan dünya işığına həsrət nə qədər insan var? Neçə insan kardır, neçəsi, laldır, neçəsi yerindən qalxıb bir addım ata bilmir, bunu bilirsənmi? Görəsən insanlar niyə belə fərqli yaradılıblar?- Gerçək cavabını biz də bilmirik, amma ona inanırıq ki, bu işdə bir hikmət var, yəni gözü olanlar, bu işıqlı dünyanı görənlər inansınlar ki, Allah-Təala onları da elə yarada bilərdi. Danışanda bülbül kimi ötürsən, amma iniltidən başqa səs çıxara bilməyən lalların halını düşünürsənmi? Hər şey əmanətdir. Əmanətin gerçək Sahibi Allah-Təaladır. Bir gün verdiklərinin hesabını soruşacaq səndən. Sənin də o əmanətlərə xəyanət eləməyə haqqın yoxdur.
www.zaman.az









Elbette Tanrinin verdiyine de vermediyine de bende sukur etmelidir.Biz bilmirik belke verdiyini imtahan ucun verib.Ehtiyatli olub Yaradanimizi hec zaman unutmayaq.
Comments are closed.