O, uşaqları çox sevərdi

1
60

UşaqSevimli Peyğəmbərimiz (s.ə.s) uşaqları çox sevər, onlara salam verər, zarafat edər, keflərini soruşardı. Ən çox da nəvələri Həsən və Hüseynlə zarafat edərdi. O, namaz qılarkən balaca Həsənlə Hüseyn onun belinə çıxardılar. Babaların ən gözəli də səcdəni uzadar, nəvələr belindən düşəndən sonra alnını yerdən qaldırardı.

Bəzən dizlərini də, əllərini də yerə qoyar və nəvələrini belinə mindirib gəzdirər, hələ zarafatından da qalmaz, “Sizin nə gözəl atınız var”, – deyərdi. Onları qucağına alıb üz-gözlərindən öpər, çiyninə mindirb gəzdirərdi. Səhabələrinə buyurardı ki, kimin övladı varsa, onunla oynasın, əylənsin. Bir uşağın quşu vardı və o quş öldüyü üçün Peyğəmbərimiz uşağa təsəlli vermiş, hər kəsə də “uşağın yaşadığı duyğular çox önəmlidir”, – söyləyərək bu kimi məsələlərdə həssas olmağı tövsiyə etmişdi.  O, övladı üçün ayağa qalxan bir Atadır və sevimli qızı Fatiməni bu qədər dəyərli tutmuş, onun alnından öpmüş, xəstələndiyini eşidən kimi ona baş çəkməyə getmişdir.

Oğlanla qız arasında fərq qoymamış, hər birini Allahın verdiyi nemət kimi sevməyi buyurmuşdur, qızlara münasibətdə daha həssas davranmağı tövsiyə etmişdir.

Bir dəfə O, sevimli nəvəsi Həsəni öpərkən yanındakılardan biri: “Ya Rəsulullah, mənim on övladım var, bu zamana qədər birini də öpmədim”, – deyir.

Rəsulullah dönüb ona baxır və nur qaynağı dodaqlarının arasından bu sözlər süzülür: “Allah-Təala sənin könlündən mərhəmət hissini kəsmişsə, mən neyləyə bilərəm?” Ardınca da elə bir söz söyləyir ki, qiyamətə qədər hər bir müsəlmanın qulağına sırğa edilməyə dəyər: “Mərhəmət etməyənə mərhəmət edilməz.”

www.zaman.az

1 comment

  1. Usagin en boyuk ehtiyaci valideynlerinin sevgisinedir.Sevgi ile boyudulen usaq sevmeyi bacarir.Allah butun ovladlari xosbext eylesin.Sekildeki gul uzlum Allahimiz seni her turlu pisliklerden qorusun.Cox agilli ovladlardan biri olasan.Seni cox isteyirem gul uzlum.

Comments are closed.